Hirkan qəsəbəsi və Bürcəli kəndində fermerlərə məsləhət xidməti göstərilib. Bu haqda Lənkəran KOB inkişaf Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Fermerlər Məhərrəm Rəhimov, Namik Cəfərov, Rafiq Əliyev, Kamal Abdinov, Pərviz Əlizadə, Rauf Baxşıyev, Rövşən Mürsəlov və Əlifağa Lətifov Lənkəran KOB İnkişaf Mərkəzinə müraciət ediblər. Onlara bağçılıq təsərrüfatlarında məsləhətlər verilib.
Fermerlərin təsərrüfatlarına baxış keçirən mərkəzin ekspertləri, bağçılıq və meyvəçilik sahəsinin vacibliyindən danışıblar.
Soyuq havaların təsiri ilə əlaqədar torpağın münbitləşməsi və düzgün qida əlavələrinin istifadəsi üçün lazım olan tədbirlərin görülməsi ilə bağlı geniş məlumatlar verilib.
Lənkəran KOBİM tərəfindən göstərilən xidmətlər ödənişsizdir.