SON XƏBƏRLƏR

Lənkəranda “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı bu gün, 1 noyabr tarixində Azertac verib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Çıxışlar zamanı Azərbaycanın tarixdən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib.