SON XƏBƏRLƏR

Lənkəranda “Gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir” mövzusunda tədbir təşkil olunub. Bu haqda məlumat bu gün, 1 fevral tarixində Azertac-da paylaşılıb.

Sosial və Aqrar–Texnoloji Kollecində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə müəllim və tələbələri ilə yanaşı, 44 günlük Vətən müharibəsi iştirakçıları və qazi tələbələr də iştirak ediblər. Görüş zamanı kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.