Lənkəranda “TaktİKİ” intellektual oyununun qalibi müəyyən olub. Bu haqda bu gün, 8 noyabr tarixində Lənkəran Gənclər evinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən yarışma Heydər Əliyev Xatirə Parkında baş tutub və 4 tur davam edib.
Sonuncu mərhələdə suallara düzgün cavab verən “Lider” komandası yarışmanın qalibi olub.
Mərkəz tərəfindən yarışmada ilk 3 yeri tutan komandalar mükafatlandırılıb, diplom və medallarla təltif olunub.