SON XƏBƏRLƏR

Lənkəran şəhərində taksi sürücüsü artıq 5 gündür ki itkin düşüb. Bu haqda bu gün, 30 iyul tarixində, məlum olub.

Cenublu.az – a verilən məlumata görə, 58 yaşlı İlham Cavadov iyulun 25-də idarə etdiyi ağ rəngli “VAZ-2115” markalı, 90-EX-067 qeydiyyat nişanlı avtomobil ilə evdən gedib ve hələ də geri qayıtmayıb.

Cavadovun yaxınları iyulun 25-dən onunla əlaqə saxlaya bilmirlər. Hadisə ilə bağlı polisə müraciət olunub.

Qeyd edək ki, İlham Cavadov evlidir, 2 övladı var.