SON XƏBƏRLƏR

Lənkəranda 5 ton ot bağlaması yanıb. Bu haqda məlumat bu gün, 7 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında dərc edilib.

Belə ki, Lənkəranın Biləsər kəndində sahəsi 60 kv.m olan tövlədə yanğın baş verib. Tövlənin dam örtüyünə yığılan 7 ton ot bağlamasının 5 tonu yanıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüblər.

Ot bağlamarının qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır.