SON XƏBƏRLƏR

Lənkəranda tələbələr üçün “Azərbaycanın Cənub-Şərq bölgəsində aşkarlanmış dəfinələr” mövzusunda seminar keçirilib. Bu haqda məlumat bu gün, 10 fevral tarixində Azərtac-da paylaşılıb.

Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi seminarda MEA-nın Lənkəran Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov mövzu ilə bağlı çıxış edib.

Alim öz çıxışında bildirib ki, ölkəmizin müxtəlif bölgələri kimi, cənub bölgəsi də zəngin maddi-mədəniyyət nümunələri, o cümlədən numizmatik materiallarla zəngindir. Cənub-Şərq regionunda aşkarlanmış numizmatik tapıntıların araşdırılması və tədqiqi vacib məsələlərdən biri hesab olunur.

İştirakçılar seminarın ikinci yarısında “Böyük Bazar” məscidini, Həzi Aslanovun ev-muzeyini və “Şeyx Zahid” türbəsini ziyarət ediblər.

Fevralın 11-dək davam edəcək layihənin əsas məqsədi tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onları ölkəmizdə mövcud olan multikultural durum və tolerant mühit ilə tanış etməkdir.