SON XƏBƏRLƏR

Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Bu haqda məlumat Təhsil şöbəsinin rəsmi Facebook səhifəsində verilib.

Microsoft Teams platforması üzərindən onlayn baş tutan görüşdə “Delta” ştammının təhlükəsi və 2 doza vaksin olunmuş müəllimlərin üçüncü doza ilə peyvəndlənməsinin vacibliyini vurğulanıb.

Qeyd edək ki, hər 2 doza vaksin olunmuş müəllimlərin ikinci dozadan 150 gün keçdikdən sonra üçüncü –“buster” doza ilə peyvəndlənmə prosesi artıq başlayıb.