Yeni Azərbaycan Partiyasının (YAP) təsis olmasının 29-cu ildömünü ilə əlaqədar Lənkəran şəhər Təhsil şöbəsində və Tibb Kollecində konfranslar keçirilib. Bu haqda məlumatı bu gün 19 noyabr tarixində müəssisələrin rəsmi Facebook səhifələri verib.
Lənkəran şəhər Təhsil şöbəsində baş tutan konfransda “Dünənin, bu günün və sabahın partiya”sı mövzüsünda, Tibb Kollecində isə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda geniş məruzələr edilib. Eyni zamanda partiya sıralarına yeni qəbul olunmuş bir neçə tələbəyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub.
Qeyd edək ki, daha öncə konfranslar Lənkəran şəhər Mədəniyyət mərkəzində və YAP rayon təşkilatında keçirilmişdir.