SON XƏBƏRLƏR

Lənkəran Şəhər Təhsil Şöbəsinin (LŞTŞ ) təşkilatçılığı ilə “Peşə təmayüllü siniflərin təşkili” haqqında onlayn konfrans keçiriləcək. Bu haqda bu gün, 17 avqust tarixində LŞTŞ rəsmi Facebook səhifəsində paylaşım edilib.

Onlayn konfransda LŞTŞ müdiri, peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəbin direktorları, peşə təmayüllü sinfin təşkili layihəsi rəhbəri, peşə təmayüllü sinifin qrup rəhbəri ümumi məlumat verəcəkdir.

Görüşdə əsasən 9-cu sinif şagirdləri, valideynləri və sinif rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Konfrans 18 avqust saat 10:00-da Microsoft Teams platforması vasitəsi ilə keçiriləcəkdir.

Qeydiyyatdan keçmək istəyənlər 18 avqust saat 09:00-da aşağıda qeyd olunmuş linkdən istifadə edə bilərlər:

https://bit.ly/3D4e8QG

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər