Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşları Təhsil şurasının iş planına əsasən bir neçə məktəbdə monitorinq keçirdiblər. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsinin rəsmi Facebook səhifəsi verib.
Belə ki, Təhsil şöbəsinin müdir müavini Nəsir Əkbərov və şöbənin aparıcı məsləhətçiləri Sabir Əliyev və Mətanət Ağayeva Cil, Vilvan, Viravul kənd 1 və 2 nömrəli tam orta məktəblərində tədrisin təşkilinə nəzarət istiqamətində monitorinqlər keçiriblər.