Lənkəran şəhərinin mərkəzi küçələrinin birində sakinlər üçün təhlükə törədən ağac maneəsi aradan qaldırılıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Şəhərin Koroğlu küçəsində qəzalı vəziyyətdə olan ağac 3 sentyabr tarixində kəsilib. Lakin yola atılan ağac küçədən hələ ki yığışdırılmayıb. Böyük bazar istiqamətində gedən yolun yarısını tutan ağac nəqliyyatın hərəkətində çətinlik yaradır.
Sürücülərdən ehtiyatlı olmaqlarını və alternativ yollardan istifadə etməklərini xahiş edirik.