SON XƏBƏRLƏR

Lənkəran şəhərinin mərkəzi küçəsində işıq dirəyi təhlükəli vəziyyətdədir. Bu haqda bu gün, 26 oktyabr tarixində şəhər sakinləri Cenublu.az-a müraciət ediblər.

Belə ki, şəhərin Səttərxan küçəsində işıq dirəyi əyildiyindən təhlükə törədir.

Sakinlərin sözlərinə görə, problemin həllinin tapılması üçün onlar “Azərişıq” ASC-ə müraciət ediblər. Lakin “Azərişıq” ASC onlara bildirib ki, dirəkdə telefon xətti olduğundan sakinlər rayon üzrə telefon qovşağı idarəsinə müraiət etməlidirlər.

Sakinlər qeyd edir ki, aidiyyatı üzrə müraciətlərinə baxmayaraq, problem hələ də öz həllini tapmayıb.