“Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsi Lənkəranda başlayıb. Bu haqda məlumat Cenublu.az-a daxil olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin keçirdiyi layihədə ilk olaraq Lənkəranda yerləşən Şəhidlər Xiyabanında təmizlik və abadlıq işləri aparılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir.