SON XƏBƏRLƏR

Lənkəranda karantin qaydalarına riayət etməyən şadlıq sarayının sahibini həbs ediblər. Bu haqda məlumat bu gün, 13 yanvar tarixində Report.az-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində karantin qaydalarının pozulması halı qeydə alınıb. “Sultan” şadlıq sarayında nişan mərasimi keçirilib. Mərasimlə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Şadlıq sarayının sahibi ilə bağlı protokol tərtib edilərək Lənkəran Rayon Məhkəməsinə göndərilib. Nəticədə şadlıq sarayının sahibi 10 gün müddətinə həbs edilib.