SON XƏBƏRLƏR

Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecdə əyani formada 2021/2022-ci tədris ilinin imtahan sessiyası başlayıb. Bu haqda məlumatı Azertac verib.

Belə ki, imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 09:00-da başlayır və 11:30-da başa çatır. İmtahan nəticələri ilə kollecin rəsmi saytında (www.ldhk.edu.az) tanış olmaq olar.

Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədilə Operativ Qərargah yaradılıb.

Qeyd edək ki, kollecdə 2021/2022-ci tədris ilinin imtahan sessiyası əyani təhsilalma forması üzrə fevralın 3-dək, qiyabi təhsilalma forması üzrə isə yanvarın 14-dək keçiriləcək.