Son bir ayda narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də soyğunçuluq və oğurluqda şübhəli bilinən 20 nəfər Lənkəran rayon sakini saxlanılıb. Bu haqda məlumatı bu gün, 23 mart tarixində Apa verib.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmçinin onlardan bir neçəsinin soyğunçuluq və oğurluq əməllərinin də üstü açılıb.
Belə ki, saxlanılan şəxslərin 72 yaşlı Lənkəran şəhər sakininin pulunu soyğunçuluq yolu ilə ələ keçirdikləri və rayon ərazisindəki evlərdən və digər obyektlərdən çoxsaylı oğurluqlar etdikləri müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.