SON XƏBƏRLƏR

Özünü polis kimi təqdim edərək, sakinlərdən pul alan şəxs saxlanılıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Report.az xəbər verir.

Masallı rayon sakininə özünü polis kimi təqdim edən şəxs pul tələb edib. Pulun verilməyəcəyi halda, onu karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.

Lənkəran Rayon Şəhər Polis əməkdaşlarnın axtarışı nəticəsində məlum olub ki, qanunu pozan şəxs Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadədir.

Həmin şəxs tərəfdən bu cür fırıldaqçılığa məruz qalan şəxslərdən polisə müraciət etmələri xahiş olunur.