SON XƏBƏRLƏR

Lənkəran şəhərinin mərkəzində yeni park salınır. Bu haqda məlumat bu gün, 14 sentyabr Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Zərifə Əliyeva və Əli Məmmədov küçələrinin birləşməsindəki salınan park 4, 6 və 9-cu binaları əhatə edəcək. Parkın tikilmə prosesi 14 sentyabr tarixindən başlayıb.

Qeyd edək ki, parkda sakinlərin istirahət etməsi və sağlamlıqları üçün oturacaqlar və idman alətlərinin quraşdırılması planlaşdırılır. Həmçinin uşaqlar üçün kiçik meydança olacağı nəzərdə tutulub.