Bakıda oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakinləri İ.Rüstəmzadə və əvvəllər məhkum olunmuş Ş.Əhmədzadə və daha bir şəxs saxlanılıblar. Bu haqda məlumatı 4 sentyabr APA paylaşıb.
Onlar 1 sentyabr Bakı şəhər sakini Ü.Salmanovaya məxsus torpaq sahəsindən 18.300 manat dəyərində dəmir barmaqlıqlar və darvaza oğurlamaqda şübhəli bilinirlər.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəlilər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.