SON XƏBƏRLƏR

Lənkəran rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb. Bu haqda məlumatı bu gün, 22 noyabr tarixində Report.az verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Şilavar kənd sakini saxlanılıb. Onun idarə etdiyi “Vaz 2121” markalı avtomobilinin ön oturacağının alt hissəsindən silah aşkarlanıb.

Əvvəllər də məhkum olunmuş Əhməd Hüseynovdan lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.