SON XƏBƏRLƏR

Lənkəran rayon sakinindən tapança aşkarlanıb. Bu haqda məlumatı bu gün, 17 yanvar tarixində Report verib.

Belə ki, üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb.

Axtarış zamanı onun üzərində 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam edir.