SON XƏBƏRLƏR

Lənkəran rayonu Səpnəkəran kənd sakinində qanunsuz silah aşkarlanıb. Bu haqda məlumatı bu gün, 10 dekabr tarixində Report verib.

Belə ki, Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması məqsədilə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini F.Qənbərovdan qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.