SON XƏBƏRLƏR

Lənkəranda qonşunun toya getməsindən istifadə edərək evini qarət edən şəxs saxlanılıb. Bu haqda məlumat bu gün, 24 yanvar tarixində Report.az-da paylaşılıb.

Osaküçə kənd sakini olan şəxs, toyda olduğu zaman onun evinin qarət edilməsi ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən Osaküçə kənd sakini Zamin Nağıyev saxlanılıb.

O, evdən 1 ədəd mobil telefon və 100 manat pul oğurlayıb. Mobil telefon gizlədildiyi yerdən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.