SON XƏBƏRLƏR

Lənkəran şəhəri Daşdatük kənd sakini Tərlan Şəfəqqətov quldurluq əməllərində şübhəli bilinərək saxlanılıb. Bu haqda məlumatı bu gün, 9 noyabr tarixində Report verib.

Belə ki, o, 1 oktyabr gecə saatlarında rayonun Liman şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində quldurluq yolu ilə orada çalışan şəxsdən 350 manat pul və mobil telefonunu oğurlayıb.

Bundan bir neçə gün sonra isə gecə saatlarında rayon ərazisində yerləşən digər yanacaqdoldurma məntəqəsində operator kimi çalışan şəxsdən pul tələb etdikdən sonra onu bıçaqlayıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Şəfəqqətov gizləndiyi Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.