SON XƏBƏRLƏR

“Qırmızı kitab”a düşən ağacları kəsən Lənkəran sakini barəsində cinayət işi başlanılıb. Bu haqa məlumatı bu gün, 2 dekabr tarixində Report verib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər.

Aparılan araşdırmalar nəticəsində həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən olunub. Onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.