SON XƏBƏRLƏR

Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynovun “Daewoo” markalı avtomobilində Bakı ərazisində narkotik daşıması haqda polis orqanlarına məlumat daxil olub. Bununla bağlı DİN-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bu gün, 21 yanvar tarixində məlumat verib.

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı o, avtomobili polis əməkdaşlarının üzərinə sürərək qaçmağa cəhd edib.

Polis əməkdaşları xidməti silahdan istifadə etməklə onun avtomobilinin təkərinə atəş açaraq nəqliyyat vasitəsini saxlayıblar. Onun üzərindən və idarə etdiyi avtomobildən külli miqdarda heroin, eləcə də psixotrop maddələr aşkarlanaraq götürülüb.

Vüsal Hüseynov öz ifadəsində bildirib: “Gözləmirdim polis atəş aça bilər. Polisin narkotiklə mübarizədə inadkarlığını gördüm…”.

Qeyd edək ki, Vüsal Hüseynov əvvəllər də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunub.