SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pulun oğurlandığını bildirib. Bu haqda məlumatı bu gün, 5 yanvar tarixində Report verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri araşdırmaya əsasən onun polisə yalan məlumat verdiyi müəyyən olunub. Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi aşkarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.