SON XƏBƏRLƏR

Lənkəranda narkotik vasitələrin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 dekabr tarixində Report.az paylaşıb.

Lənkəran Şəhər Rayon Polis idarəsinin əməkdaşları yol hərəkəti qaydalarını davamlı şəkildə pozan avtomobil aşkar ediblər. “QAZ-3302” markalı yük avtomobilinin sürücüsü, Lənkəran rayon sakini Ceyhun Seyfiyev polisin saxla əmrinə tabe olmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ceyhun saxlanılıb. Saxlandıqdan sonra müəyyən olub ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobili idarə edir.

Məhkəmənin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər