SON XƏBƏRLƏR

Lənkəran rayonu Günəhir kənd sakini Rüfət Səfərovun  barəsində cinayət işi açılıb. Ona məxsus “Qazel” markalı yük avtomobilində qanunsuz kəsilən ağaclar aşkar edilib. Bu haqda məlumatı bu gün, 18 oktyabr tarixində Report verib.

Belə ki, Rüfət Səfərov Masallı rayonunun Binə Xocavar kəndi ərazisində ağacların qanunsuz kəsilməsində və bununlada təbiətə 1275 manat məbləğində ziyan vurulmasında ittiham olunur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.