Lənkəran rayonunun Havzava kənd sakini, 41 yaşlı Elçin Xandadaş oğlu Fərzəliyev təmir işi görərkən ehtiyatsızlıqdan qolunu kəsib. Hadisə 10 avqust axşam saatlarında baş verib.
Vətəndaş kəskin qanaxma ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ said sümüyünün aşağı səthinin dərin kəsilmiş yarası, əzələ, vətər və sinirlərinin zədəsi diaqnozu qoyulub. Qanaxma dayandırıldıqdan sonra, o Bakıya, Travmatologiya İnstitutunun Neyrocərrahiyə şöbəsinə göndərilib.