Lənkəran rayon sakini 412 manat pul və 7000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir. Hadisə Bakının Nəsimi rayonundaki köşklərin birində baş verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər də məhkum olunmuş M.Məmmədov şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.