Lənkəranın “Ulum” şadlıq sarayının sahibi cərimələnib. Bu haqda bu gün, 5 avqust tarixində məlum olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun verdiyi məlumata əsasən, yoxlamalar zamanı məlum olub ki, şadlıq sarayı sahibi “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməyib. Toyda qonaqların müəyyən edilmiş normadan artıq olduğu qeydə alınıb.
Obyektin sahibi barəsində cinayət işi başlanılıb. Toy sahibi isə 400 manat məbləğində cərimə olunub.
Bundan öncə də Ulum şadlıq sarayında qeydiyyatsız toy mərasimi keçirilib. Şadlıq sarayının sahibi sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsi ilə 4 000 manat cərimə olunub.