SON XƏBƏRLƏR

Lənkəran rayon sakinləri qanunsuz ovla məşğul olduqlarına görə saxlanılıblar. Bu haqda məlumat bu gün, 24 yanvar tarixində Report.az-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Göyşaban kənd sakinləri S.Mirzəyev və S.Ağayevin qanunsuz ovla məşğul olduqları bəlli olub. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.