SON XƏBƏRLƏR

İctimai Şura Lənkəran Regional Qaz İstismarı idarəsinə səfər edib. Bu haqda məlumat bu gün, 22 oktyabr tarixində “Azəriqaz” İstehsalat Birliyinin rəsmi Facebook səhifəsi verib.

Belə ki, məqsəd İdarənin fəaliyyəti ilə tanış olmaq, bölgədə qaz təchizatındakı mövcud vəziyyətin araşdırılması və ictimai nəzarətin həyata keçirilməsidir.

Həmçinin, “Azəriqaz” İB-nin Lənkəran Regional qaz istismarı İdarəsinin inzibati binasında Şura üzvləri ilə vətəndaşlar arasında görüş baş tutub. Vətəndaşların təklif və problemləri dinlənilib və hər bir müraciət qeydə alınıb. Bəzi problemlərin həlli istiqamətində Lənkəran RQİİ-nin rəisi Azər Musayev yerindəcə tapşırıq verib. İctimai Şura tərəfindən bir sıra müraciətlərin “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi qarşısında qaldırılacağı ilə bağlı qərar qəbul edilib.