SON XƏBƏRLƏR

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Astarada Milli Qəhrəmanının və şəhidlərin xatirəsinə yaradılmış parka baxış keçirib. Bu haqda idarənin rəsmi Facebook saytında paylaşılıb.

Şahin Şahbazov həmçinin, “Aprel” döyüşlərində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı Pəncəli Teymurovun məzarını ziyarət edərək ailə üzvləri ilə görüşüb.

Eyni zamanda Astara rayonunun Asxanakəran, Motlayataq, Siyaku, Sığaloni, Vaqo, Pensər, Şiyəkəran, Kolatan, Kakalos, Bala Şahağac, Şahağac kəndlərində fəaliyyət göstərən kitabxana və klub müəssisələrinə baxış keçirilmiş, mövcud nöqsanları göstərməklə tövsiyə və tapşırıqlarını verilmişdir.

İdarənin rəisi Kakalos kənd folklor evinin həyətində ucaldılmış Heydər Əliyevin büstünün önünə gül-çiçək dəstələri qoymuşdur. O, folklor evində fəaliyyət göstərən Şəhriyar adına Xalq teatrının ifasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kompozisiyanı tamaşa etmişdir.