SON XƏBƏRLƏR

Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi “Zəfər bizimdir” layihəsi çerçivəsində müasir planşetlərlə təchiz olunub. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyi məlumat yayıb.

Məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olub. Qalib təhsil ocağına 20 ədəd “Samsung” modelli planşet təqdim edilib.

Tədbirdə çıxış edənlər “Zəfər bizimdir” layihəsinin eksperti Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev, məktəbin direktoru İlkin Yaqubov və layihənin rəhbəri Aqşin Əliyev məktəbin əldə etdiyi böyük imkanlardan danışıblar. Çıxışların sonunda onlar bütün şagirdləri təbrik ediblər.

Qeyd edək ki, “Zəfər bizimdir” layihəsi 15 fevral 2022-ci ilədək Lənkəran rayonunda icra olunacaq.

grants.edu.az
grants.edu.az
grants.edu.az
grants.edu.az