SON XƏBƏRLƏR

Lənkəran rayon sakinləri qanunsuz ovçuluqla məşğul olduqları üçün saxlanılıblar. Bu haqda məlumatı bu gün, 19 noyabr tarixində Report verib.

Belə ki, Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovu edən Lənkəran rayon sakini Nadir Məmmədov olduğu müəyyən edilib. Ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Həmçinin, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Lənkəran rayon sakini Rauf Tağıyev də saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.