SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Masallı rayonu ərazisində meşə materiallarını oğurlanması səbəbindən cinayət işi başlanılıb. Bu haqda məlumatı bu gün, 22 sentyabr tarixində Report paylaşıb.

Belə ki, 42-BS-592 dövlət nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsinin yük yerinə keçirilən baxış zamanı 4,75 m3 həcmində meşə materialı aşkar edilib. İstintaq zamanı qanunsuz yolla əldə edilmiş meşə materialının Rüfət Səfərov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1276 manat məbləğində ziyan vurduğu məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.