SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Bakıda törətdiyi cinayət hadisəsinə görə saxlanılıb. Bu haqda bu gün, 23 noyabr tarixində Report.az-da paylaşılıb.

Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməkliyyat nəticəsində Lənkəran rayon sakini S.Ağayev saxlanılıb. İstintaq zamanı onun 16 noyabr tarixində Binəqədi rayon ərazisindəki evlərdən birini qarət etməsi müəyyən olub.

S.Ağayev evdən 2405 manat dəyərində kombi, santexnika və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinir.