SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Bakıda qadını şantaj edib. Bu haqda məlumat bu gün, 8 noyabr tarixində Report.az-da paylaşılıb.

Lənkəran rayon sakini T.İbadzadə Bakı şəhər sakininin videosunu yayacağı ilə hədələyib. Videonun yayılmaması müqabilində qadından 7 min dollar tələb edib.

Qadın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Lənkəran rayon sakini T.İbadzadə qadından həmin pulu alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.