SON XƏBƏRLƏR

Lənkəranda geniş miqyaslı dezinfeksiya işləri davam edir. Bu haqda bu gün, 12 avqust tarixində Lənkəran şəhər İcra Hakimiyyəti məlumat verib.

Şəhərin küçələri, çoxmənzilli yaşayış binalarının ətrafları, giriş hissələri, zirzəmilər, pilləkən qəfəsləri, insanların çox toplandığı yerlər, avtobuslar xüsusi kimyəvi məhsullar ilə dezinfeksiya olunub.

Qeyd edək ki, bu tədbirlər koronovirusla mübarizə məqsədi ilə keçirilir. Dezinfeksiya işləri davam etdiriləcək.