SON XƏBƏRLƏR

Lənkəran Rayon Mərkəzi Xəstəxanası keçirdiyi tenderin qalibini açıqlayıb. Bu haqda məlumatı Fed.az verib.

Belə ki, yumşaq inventarlar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə 45 min 288 manatlıq tenderin qalibi “Dress Uniform” MMC olub.

Xatırladaq ki, şirkət bundan əvvəl Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üzrə 72 min 275 manatlıq tenderini qazanmışdır.