SON XƏBƏRLƏR

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına ciddi yanıq xəsarətləri ilə iki uşaq daxil olub. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Report verib.

Belə ki, Lerik rayonunun Cəngəmiran kəndində 2 yaşlı Amal Orxan oğlu Heybətzadə və bacısı, 1 yaşlı Ayan Orxan qızı Heybətzadə evdə oynayarkən ehtiyatsızlıqdan qaz sobasının üzərinə yıxılıblar. Nəticədə sobanın üstündə olan qaynar su ilə dolu qazan aşıb.

Amal Heybətzadənin vəziyyəti qənaətbəxş olsa da, bacısı Ayan Heybətzadənin bədən səthinin 70 faizi yandığından o, Bakı xəstəxanalarından birinə göndərilib.