SON XƏBƏRLƏR

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə “REAL Vətən” layihəsi çərçivəsində “Real TV”-də Lənkəran rayonundan bəhs olunan verliş hazırlanıb. Bu haqda məlumat “REAL Vətən” telelayihəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Buraxılışda rayonun tarixi, milli mətbəxi, ekoturizm potensialı, Dairəvi qala, Mayak, Xan Evi, Hirkan meşəsi, Xanbulan çay dəryaçası, Şeyx Zahid türbəsi, İbadi İstisu Mərkəzi, çay plantasiyaları, Qızılağac Milli Parkı və digər turizm əhəmiyyətli məkanları barədə geniş məlumat verilib.

Qeyd edək ki, 42 bölümdən ibarət olacaq telelayihənin əsas məqsədləri Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq və daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaqdır.