22 sentyabr Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı olmuş Cəfər Ceyhun oğlu Sadıqzadənin məhkəmə iclası keçirildi. Bu haqda məlumatı Report verir.
Qeyd edək ki, C.Sadıqzadə kassadan ümumilikdə 563 min manat və 1300 ABŞ dolları məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir.
O, 20 aprel tarixində şübhəli bilinərək saxlanılıb.