SON XƏBƏRLƏR

“Rabitəbank” ASC-nin Lənkəran rayon filialında külli miqdarda pul mənimsəyən xəzinədarın cinayət işi üzrə istintaq tamamlanmışdır. Bu haqda bu gün, 17 iyul tarixində Azərbaycan Respublikasının Baş prokurorluğu xəbər verib.

İstintaq nəticəsində müəyyən edilmişdir ki, Cəfər Sadıqzadə ona etibar edilmiş özgənin ümumilikdə 595 min manat məbləğində pul mənimsəyib.

Onunla bağlı cinayət işi açılmışdır.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.