SON XƏBƏRLƏR

Lənkəran rayonunda su ehtiyatının qorunması üçün profilaktik tədbirlər görülür. Bu haqda Cenublu.az AZTV-ə istinadən xəbər verir.

Lənkəran sakini olan fermer quraşdırdığı müasir suvarma sisteminə görə su sarıdan çətinlik çəkmir. Vilvan kəndində fermer kimi fəaliyyət göstərən Natiq Ağayev təsərrüfatında israfçılıq və sair səbəblərə görə şirin su ehtiyatının azalmaması üçün müasir avadanlıq quraşdırıb.

“Su damcı ilə verilir. Bunu da bilirik ki biraz su qıtlığımız var. Onuda biz qənaətnən istifadə edirik, sular itkiyə getməsin deyə. Yəni ki gələcək üçün də biz bu sudan istifadə edə bilək”, – deyə fermer bildirib.

Cənub zonasında çəltikçilik ən çox su ehtiyatı tələb edən təsərrüfat növüdür. Rayonda hər il 830 hektardan çox sahədə çəltik əkilir.

Lənkəranda əkin sahələri əsasən 3 mənbədən suvarılır. Təlabatın böyük hissəsi ümumi tutumu 52 milyon kub metr olan Xanbulan çay su anbarı hesabına ödənilir. Yay aylarının quraq keçəcəyi proqnozlaşdırıldığından indidən qabaqlayıcı tədbirlər görülür. Hazırda Bəşərüçay üzərində yerləşən su qəbuledici qurğu əsaslı təmir olunur.

Beton plitələr ilə düzümüş su kanalında gildən təmizləmə işləri görülür. İşin sona çatdırılması aprel ayının sonlarına kimi planlaşdırılır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər