Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzinin Asudə vaxt mərkəzində qazi ilə görüş keçirilib. Bu haqda məlumatı Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsi verib.
Tədbirdə iştirak edən qazimiz Şəmistan Nəsirzadə Boladi folklor klubu tərəfindən dəvət edilmişdir. Onun şərəfinə “İgid əsgər” mahnısı və “Azərbaycan” şeiri ifa edilib.
Həmçinin, qazimizin şərəfinə hazırlanmış video-çarx da nümayiş olunub.