SON XƏBƏRLƏR

Lənkəranda qanunsuz meşə materiallarının daşınması qeydə alınıb. Bu haqda bu gün, 18 noyabr tarixində Report.az xəbər verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “Qazel” markalı 06-BD-998 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Lənkəranda qanunsuz meşə materialları daşındığı müəyyən olunub.

Lənkəran rayon sakini Fərhad Hüseynov məhsuliyyətə cəlb olunub.

Həmçinin məlumatda bildirilib ki, faktla bağlı araşdırma aparılır.